Səd heyif ki,
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 23:47 04 mart 2015 tarixində əlavə olunmuşdur

Səd heyif ki, ömürüm qəmdə əridi, getdi.

Dünya zindan misalı qəlbimi gərdi, getdi.

 

Bivəfa yarə etibar edərək aldandım,

Dərdi yorğan sayağı üstümə sərdi, getdi.

 

Ümid edib sabaha, səbir ilə dözdük bu günə,

Keçən hər gün dünənindən də betərdi, getdi.

 

Uyma dünyayə bir an, kimsəyə yoxdur vəfası,

Ömür də dünya kimi gəldi-gedərdi, getdi.

 

Kim ki, dərk etdi səni, bu sözü, əlbət, deyəcək:

-Cinan bənzərsiz olan əhli-bəşərdi, getdi.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.036 saniye