Səfalətin xəcaləti
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 16:50 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Xəcalət anlayışı yalnız ehtiyac içində acılar çəkənlər üçün idrak edilən hissdir.Abırsız zənginlər üçün,bu hiss heç bir əhəmiyyət kəsb etməz.Onlar bütün pisliklərinin, murdarlıqlarının üstünü haram yolla əldə etdiklərinin hesabına ört-basır edərlər.Şəxsiyyəti yerdə,gödəni üstə olanlara görə,xəcalət yoxsulların daşıyacağı hissdir.Adəm övladı zənginliyə təslim olub insanlıqdan çıxdığı an,xislətinə təkəbbürlük hissi çökər.Zaman keçdikcə,bu hiss öz yerini insafsızlığa verər.Çox keçmədən insafsızlıq qudurğanlığa,qudurğanlıq harınlığa çevrilər.Harınlığın olduğu yerdə,fağırlar üçün səfalət dönəmi başlanar.Səfalət içərisində harınlar səfa sürər,məzlumlar cəfa çəkər...

Beytül mala qənim kəsilən zəngin övladı qız dostunu istədiyi məkana dəvət edər və istədiyi havanı çaldırar. Kasıb balası nişanlısı üçün cibinə münasib bir yer tapmaq üçün var-gəl edər.Zəngin uşağı dünyanın ləzzətini dadarkən,yoxsulun uşağı gələn hesbı ödəyə bilib-bilməyəcəyini düşünər,xəcalət tərini nişanlısından gizlətməyə çalışar.Səfalətdən doğan xəcalət tərini silmək çox ağırdır.Ehtiyacın qəhramanları qul etdiyi zamanda yaşamaq həddən ziyadə çətindir.Allah sevdiklərini səfalətin xəcalətini yaşamaq hissindən hifz etsin!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0308 saniye