SƏFƏVİYƏM
(milli və dini-fəlsəfi şeir)
Dərviş olub bu ellərə düşmüşəm,
Araram həqiqət, araram mən eşq!
Mürşidi-kamil alovunda bişmişəm,
Qurmuşam Şah taxtında ali bir “köşk”...
*** *** ***
Mən Tanrının Arslanıyam,
Şahın Qızıl əsgəriyəm,
Ruhum Sufi ruhudur mənim,
Səfəviyəm, Səfəviyəm!
*** *** ***
Bu ruh ilə yaşaram mən cahanda,
Fikrimdən çıxartmam “Ənəlhəqq” sirrin.
“La-məkan” oluban yeddi cahanda,
Köşkünü araram o Uca Pirin...
*** *** ***
Taram, sazam, qutlu qopuz
Əlimdə var, söylərəm söz.
Tanrı məndən uzaq düşsə,
Bu bağrıma basaram köz!
*** *** ***
Yaşıl bayraq, bəyaz hilal məndədir,
Misri əlimdə, saz çiynimdədir.
Ruhum asimanda, cismim yerdədir,
Səfəvilik eşq təki könlümdədir...
Elşən İsmayıl
Yazar