Səfiyar Məcnunun
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 18:46 26 avqust 2014 tarixində əlavə olunmuşdur

DAŞ KİMİSİRDAŞ

Kimsəsiz küçələr, qaranlıq yollar,

Nahamar hörülmüş soyuq bir divar,

Bir sənin istəyin, bir mənim nəfsim,

Bir də ehtirasın şahidi daşlar...

 

O gecə sən susdun, mən danışmadım.

Həsrətli dodaqlər öpüşdü o gün.

Sinəm sinən ilə, kürəyin daşla,

Əllərim əlinlə görüşdü o gün.

 

Dalaşdıq, barışdıq, güldük, ağladıq,

Qarışdı bir-birə yaşlar o gecə.

Bizim göz yaşimiz qurumuşdu ki,

Dözmədi ağladı daşlar o gecə.

 

Indisə o divar üşüyür tənha,

Daşların gecəsi bizsiz keçinmir.

Nə sənin kürəyin, nə mənim əlim,

Nə də bu sevgimiz onu isitmir.

 

Atmısan sən məni tənhayam indi,

Qalmışam daş kimi eşq sirdaşımla.

Dodağınla islanan dodaqlarım

İndisə islanır göz yaşlarımla.

 

Mən elə bilirdim təkcə bir öpüş,

Çılğın ehtirasın nəfsin boğacaq.

O arzu çin oldu, mən nə bileydim,

Çin olan arzudan arzu doğacaq.

 

Səfiyar Məcnun 2009 mart

Sənlə gəzdiyim küçələrədə daha gəzə bilmirəm, bu küçələr əvvəlki kimi işıqlı, xoşbəxt deyil. İnana bilmirəm, sənlə gəzdiyim küçələr mənə xoşbəxtlik vəd edərkən bədbəxtlik gətirdi. Sənin dodaqlarının istisi, əllərinin hamarlığı, ürəyinin döyüntüsü, heçnə qalmayıb, boşluqdan başqa. Sənə olan hisslərim, mənim sevgim, sənin ehtirasın, xoşbəxtlik adlandırdığım məqamlar uzaq keçmişdən xatirilər gətirir. Gətirir, ancaq gətirməyindən nə fayda? Asta addımla küçələrdən keçərək, toxunduğumuz daşlara toxunuram, onlar soyuqdur, nə qədər özümü inandırmağa çalışsamda bircə həqiqət var, sən yoxsan. Yoxsan, çünki daha sevmirsən, bəlkə də heç sevməmisən, yoxsan, çünki daha varlığım sənə heçnə gətirmir. Yanılmışam, bəli, yanılmışam, özüm özümü aldatməşam, bilirsən insan sevərkən edir belə şeylər. Aldadır özünü, inandırır sevildiyinə, sevdiynin qəlbinin döyüntüsü, əllərininin hamalığı, dodaqlarının istisi inandırır. Amma yox, yalanmış, illər sonra artıq özüm özümə etiraf edə biləcəyim bir gerçək var, sənin varlığının yalanı. Ax bu daşlar, nələr görmüş, nələr bilir. Nə qədər toxunuşlar, nəfəslər saxlayır özündə, amma nə pis. Nə pis ki toxunduqda onlarda olan xatirələr keçmiş yaddaşıma. Yəqin onlar əmindir ki məndə olan xatirələr mənə bəs edir, bəlkə yazıqları gəlir mənə. Ancaq nə fayda. Atılmış insanlar ovunar xatirələr, sən bəs nə ilə ovunursan əzizim? Ovunmağa nəyin var? Mənim səndən qalan xatirələrim, bəs sənin məndən qalan nəyin var? Qəlbimi vermişdim, onu da qırdın. Mənim səndə qalan daha nəyim var? Xatirələrdən savayı bu küçəm var, bu daşlarım var. Birdə dodaqlarımda o dad qalıb. Unudulmayan, şirin, yox, şirin yox acı. Yox heç acı da deyil, xoşbəxtlik dadan dodaqlarından öpüşlərin var. bütün bildiklərim boş və mənasız imiş. İnandıqlarım, ümid etdiklərim, daha səndən sonra nə məna daşıyır ki? Mən sadəcə yanılmışam, yanılmışam, çünki elə bilirdim ki sən də mənim kimi hisslərinlə yaşayırsan, amma nə fərqi var daha? Görürsən nə qədər suallar qalıb sədnən sonra. Yox qayıtma, qayıtsanda suallar cavabın tapmayacaq ki.


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+36=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0443 saniye