“Heç vaxt üzrxahlıq etmə. Bu-dostlarına lazım deyil, düşmənlərin isə onsuz da inanmaz.” (Elbert Habbard)
Hörmətli şəxslərdən biri mənə belə söyləmişdi: “Heç vaxt üzrxahlıq etmə!”
Uzun müddət keçəndən sonra bu sözlərin məğzini anladım. Özünə bəraət qazandırmaq-zəif xarakterli insanlara xasdır. Çünki səhv etməkdə dəhşətli heç nə yoxdur, əksinə, səhvlərimiz bizə kömək edir və öyrədir. Nəticədə hər kəsin səhv etmək hüququ var.
1) Siz heç kimə həyati situasiyanızı açıqlamağa borclu deyilsiniz.
2) Siz heç kimə həyati prioritetinizi açıqlamağa borclu deyilsiniz.
3) Təəssüflənmirsinizsə, üzr istəməyə borclu deyilsiniz.
4) Tək keçirdiyiniz zamana görə hesabat verməyə borclu deyilsiniz.
5) Kiminsə baxış inancı ilə razılaşmağa borclu deyilsiniz.
6) Xarici görünüşünüzdən ötrü açıqlama verməyə borclu deyilsiniz.
7) Yemək vərdişləriniz barədə hesabat verməyə borclu deyilsiniz.
8) Siyasi və dini baxışlarınıza görə açıqlama verməyə borclu deyilsiniz.
9) Münasibət seçimlərinizdə açıqlama verməyə borclu deyilsiniz.
10) “Hə” cavabını verməyə borclu deyilsiniz.