Səliqəsiz Şair
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 23:29 03 may 2016 tarixində əlavə olunmuşdur

Bax ey dəniz gözlü,payız saçlı qadın,
gözlərimdə xoşbəxtliyi dəfn etdim sənin yoxluğunla.
Əllərim qələmə nifrət edir hər dəfə səndən yazdığım üçün
Qaranlıq otağıma günəşdə gəlmir, sənin gedişinlə
Pəncərəmi xatirələrlə bağlamışam
Sənsizlik,səssizcə edama hazırlayır məni
Gəlmə daha səliqəsiz şairin dünyasına,
Buralarda hər şey qarışıqdı eynən mənim kimi
Təbəssümün cizgilərini unutmuşam,payız saçlı qadın
Otağımın hər küncündə bir ovuc xatirələr var
Gəlmə səliqəsiz otağıma buralar sənsizlik qoxur
Zəif şamın közərtisində çəkirəm,
sənli günləri soyuq divarlara
Məni hər kəs anlamır,məni heç kəs qınamır,
dəniz gözlü,payız saçlı qadın
Sənin gedişinlə otağımın,
qapısını daşlarla hördüm
Mənə zindan etdin düşüncələrimi,xatirələrində
Ölüm tanrısına məktub yazdım,sənsizliyimdən
Oda tərk etdi unutdu məni,eynən sənin kimi
Burax düşüncələrimi,xatirələrimi,
zindanın rütubətlidir.
Lənət olsun qadın yenə yazıram,
səndən və yorğun hisslərdən
Varlığımı həps etdin, xatirələrinə
Düşündükcə səni batır xatirələr,tikanlar kimi
Burax get, al yaddaşımı məni azad et
sənsiz zindanlardan.
Unut get, tərk etsin xatirələrin
Ey dəniz gözlü, payız saçlı qadın 

3.05.2016


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0226 saniye