Sən
cəmilə tərəfindən "Esse" bolməsinə 18:05 17 aprel 2014 tarixində əlavə olunmuşdur

Sən.Boşluqda yeridikcə addım addım böyüyən yanlızlığım.Qəmzəsində ölmək istədiyim qadın.Zamanı unutduran əqrəblərim.Toxunuşlarında həyat tapan əllərim.Yarımçıq qalan cümlələrim.Uğruna cəhənnəmin qapısına dayandığım.Yanlızlığımdan qaçıb gizləndiyim gülüşlərim.Nəfəs belə almayı unutduğum anlarım.Gözyaşlarımı gizlətdiyim ovuclarım.Sən.Dodaqlarımdakı öpüşlərim.Ruhumdakı qanadlarım.İnandığım nağılların sonundakı almalardan birisən.Kəpənək ömürlü arzularım..Tanrının üzünü güldürən öpüşlərim.Yorğun ümidlərimin dincəldiyi musiqi.Şeirlərimin dəyişməyən qafiyəsi.Şərabımın dadı,küləyimin gətirdiyi qoxum,dərinimdəki acım,həsrətim heç bitməyən.Gözlədiyim xəbərlərim.Gələcək oğlumun atası.Sən heç tanımadığım sevgilim.Yaşamağıma tək səbəbkarım.Mənim digər yarım...


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0249 saniye