Sən axı sevmirdin şairləri...
Xuraman tərəfindən "" bolməsinə 18:45 17 aprel 2014 tarixində əlavə olunmuşdur

Mən gəldim.. İzlərini tapdaya tapdaya, ruhumu əzə əzə, qaça qaça gəldim.. Bax, çıxıram hüzuruna. Belimdə bıçaqlar, ayaqlarımda qandal, qəlbimdə bir yığın kül... Bax, bax, dualarım boğur məni. Hər mənə yaxın gələnə "məni rahat burax" deyirəm. Nə bir artıq dosta, nə bir əksik ruha ehtiyacım var.. Tutulub dilim, azadlıq bağıra bilmir. Sənin mələklərin hardadı? Onlar da mənim Mələyim kimidi? Tərk üçün mü yaranıblar? Yox, nə olar, getməsin onlar da.. Açsın qanadlarını, isitsin ürəyimi.. Ürəyim üşüyür.. Bax, gör necə oldum mən? Bir tərəfdən millət, bir tərəfdən həyat, bir tərəfdən tərəfsizlik... Fəlsəfəsiz qalmışam. Qəfəsin içində qapının açılmasını gözləyən balaca quş kimi çırpınıram. Qapı açılır, amma mən çıxmıram.. Dəyişməkdən qorxuram nəsə.. "Əlini uzatma sən də, qurtarma uçurumdan, istəmirəm. Qarışdırma beynimi, çıx get sən də, istəmirəm. Boş burax məni... "- hə, hə, bax mənə əl uzadana bunları deyirəm.. Mənimçün xeyirlisi budur... Şeytanını içimdə gördüm o gün. Nəsə ölməkdən danışırdı.. Eşitməməzliyə qoydum özümü. "Axı biz eyni vaxtda, əl ələ öləcəkdik axı.". Hə, bunu da sənə deyirəm. Bax bu "dırnaq"da yazdıqlarım anlamır məni.. Hər cümləm bir həyata nişanə. Ruhumu bədənimdən boşadım. Nəyə lazım dərilər? Bədənlər? Ya da ruhi çılpaqlığını bir tək Tanrı görməlidir, demişdin axı... İndi mən də onun yanındayam, soyun bədənini... Göstər ruhunu. Anlayım ki, hardansan sən? Boz bir həyata hədəf kimiyəm. Ölülərə bədən kimiyəm. Tanrım, ruhuma iztirabam mən... Off, bu millət də anlamadı məni. Pul ki pul... Gözləri qalsın bir qırağa, cibləri doymur... İyrənirəm. Ürəyim bulanır. Məni çıxar cəmiyyətdən. Təkliyimlə tək qalmaq istəyirəm... Şəms... Off, sən hardasan? Ya Mələk? Ya sən? İçim boşalır gözlərimə. Ağlamaqdan doymuram... Amma insan anlamadı ki, bu dünyada daha dərin, daha böyük dərdlər var.. Qəbr əzabı nədir ki, bunu  yanında hə? Boş ver, get sən də... Tanrım, yox, yox, səni demədim.. Axı belə əzəmətlə hara gedə bilərsən? Yaratdıqların yaman təhlükəlidir.. Qal mənimlə... Sənə şeir oxuyum..

- Yooooxxx... atma məni yer üzünə... Sən axı sevmirdin şairləri....


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0292 saniye