sən bir gün gəl otağa
Sən An tərəfindən "Şeir" bolməsinə 00:25 03 may 2014 tarixində əlavə olunmuşdur

SƏN BİR GÜN GƏL OTAĞA
***

sən bir gün gəl otağa,
savaşmayaq,sevişək.
çəkilək hər kəsdən qırağa,
elə yataqda didişək.

tapaq özümüzü,
toxunan dodaqlarda.
sevgimizə şahid olsun,
o quru divarlar da.

sən bir gün gəl otağa,
gətir bütün mənliyini,
geyin əyninə qadın hərisliyini.

və mən başlayım səni soyundurmağa,
əvvəlcə saçlarından.
kimsə toxunmasın,
sonra gözlərindən,
bir kimsəyə baxmasın.
en sonda ayaqların soyundurum,
heç bir yerə qaçmasın.

sən bir gün gəl otağa,
qatım səni şeirlərə,musiqilərə,içkilərə.
yazım ,dinləyim,içim səni,
boz kütlədən rəngləyib,
seçim səni.

sən bir gün gəl otağa,
dağılaraq qəm gözündən,
yığışdırım kədəri baxışından,
dağılsın ,süzülsün əllərimdən.

sən bir gün gəl otağa,
çantanda ayrılıq nəğmələri,
hər nəğmədə bir sevgi fəsilləri.

qatım onları sənsizlik saatına,
saniyələr alsın məni qoynuna,
aparsın uzaqlara.

sən bir gün gəl otağa,
soruşma məndən hisslərim nə qədərdir,
tək bunu dərk ele ki,
sevgi mədəniyyətdir.

sən bir gün gəl otağa!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0324 saniye