
Hər şey başladı orta məktəbdən, 
sevdim səni həqiqi qəlbdən!
Heç qorxmadım kimsədən,
sən bu sevgimə dəyər vermədin!
Oturub düşünürəm hərdən, 
heç çıxmırsan bu ürəkdən !
Üz döndərdin məndən ,
sən bu sevgimə dəyər vermədin!
Mənimdə günahlarım oldu bilmədən,
gözümdən yaş əskik olmadı səni sevəndən!
Başım açılmadı dərddən, qəmdən ,
sən bu sevgimə dəyər vermədin!
Səni çox sevdim hər sevənindən,
yolunda keçdim bəzilərindən !
Əl çəkə bilmirəm bu sevgidən,
sən sevgimə dəyər vermədin!