mən getdikcə azalıram, sən isə çoxalırsan.
bilirsən niyə?
fikrimdən,bədənimdən keçib,
məni özümdən çox alırsan.
parçalanıram təkliyə,
mənim təkliyim çoxdur.
Tanrıya dua edib səni istəyirəm,
amma harayıma cavab verən yoxdur.
artıq tab gətirə bilmirəm gecəyə,
daşıya bilmirəm gözlərimdə ayı, ulduzları,
yorğun baxışlarım yumulur,
yuxuda darayıram buludları,
elə bilirəm sənin saçlarındır,
səhər açılır doğur günəş,
isinə bilmirəm,soyuyur əllərim,
elə bil məni boğur günəş.
sənin sevgin mənim azarımdır,
xəstə bədən sağala bilmir,
onu xilası intiharımdır.
sən çoxaldıqca mən azalıram.