sən daha mən sevən o qız deyilsən
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 11:14 11 mart 2018 tarixində əlavə olunmuşdur

Yaman dəyişmisən,mən görməyəni
Elə bil mən sevən o qız deyilsən.
Gözlərin qəmlidi,dəyişib halın
Elə bil mən sevən o qız deyilsən.

Sən də dəyişmisən,saçın ağarıb
Üzündə hüzündən,həsrət yaranıb
Sanırsan qarşında düşmən dayanıb
Elə bil eşqimdən ölən deyilsən.

Mən sənlə doğuldum,sevdim Dünyanı
Həqiqət sanırdım sənli rüyanı
Unuda bilmədim sən gedən anı
Sən daha mən sevən o qız deyilsən.

Gözündə sevgi yox,nifrət görürəm
Sanma ki mən sənə geri dönürəm
Tükəndim həsrətdən,artıq ölürəm
Səndə ki halımı görən deyilsən

Gözlərim kor oldu,sən gedən günü
Ömrüm sona yetdi,toy edən günü
Öldün e cananım mən ölən günü
Sən daha mən sevən o qız deyilsən.

Bağışda sevdiyim dərd verdim sənə
Saf sevgi vermişdin oysa ki mənə
Mən layiq deyiləm,bilirəm sənə
Günahım böyükdü,keçən deyilsən.

Qadanı yanında olan almayıb
Qapını gəzdiyin sevgi çalmayıb
Mənim də ürəyim məndə qalmayıb
Sən daha mən sevən o qız deyilsən.

Dəyərin bilmədim sevginin onda
Yaraşıq gəzirdim bahalı donda
Gec idi anladım səhfimi sonda
Sən də ki üzümə gülən deyilsən.

Get gözəl, xoş günlər olsun qismətin
Hər kəsdən çox olsun şanın, şöhrətin
İstər Dünya dək olsun hörmətin
Sən daha mən sevən o qız deyilsən.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0228 saniye