Allahdan başqası fayda etməyir
Bəndəyə gedənlər yolda gözəyir
Səni rəbbin görür,rəbbin dinləyir
Sən də əllərini qaldır yuxarı
Gözəllik yaratdı görəsən gərək
Yaxşılıq ipini hörəsən gərək
Dunyada cənnəti qurasan gərək
Sözərin olmalı Allaha sarı !
İşıq olmalısan sən bu cahana
Mərhəmət yaraşır gözəl insana
Allahdan danış, qardaşın oyana
Yaşat insanlığa günü,baharı
Ədalət ruhu tək yaratdı səni
Dunya adlı yerdə oyatdı səni
Məxluqata əşrəf tanıtdı səni
Bildir kainata o nurlu yarı