Sən də yandın,mən də yandım..."
Baş tutmadı bu sevgimiz,
Hicran oldu qismətimiz.
Ömrü yarı etmişik biz,
Sən də yandın,mən də yandım.
***
Taleyimiz qara gəldi,
Çəkdi bizi dara gəldi.
Dedik,bəlkə,çara gəldi,
Sən də yandın,mən də yandım.
****
Dilə düşdü söz-söhbəti,
Əsli-Kərəm məhəbbəti.
Bir yaşadıq bu həsrəti,
Sən də yandın,mən də yandım.
****
Ah,necə də bəxtəvərdik,
Bir deyirdik,bir gülürdük.
Şama yanan pərvanəydik...
Sən də yandın,mən də yandım.
***
Gözləmədi illər bizi,
Aldı nakam sevgimizi,
Qəm çürütdü qəlbimizi.
Sən də yandın,mən də yandım.
***
Tənhalığa dözüm gərək,
Mövlud, dözüm, dözüm gərək.
Oda yanım özüm gərək....
Sən də yandın,mən də yandım.
30.08.2014.Zərdabi.Mövlud Ağamməd.