Sən kimi əclaflara.
cəmilə tərəfindən "Hekayə" bolməsinə 20:52 29 aprel 2014 tarixində əlavə olunmuşdur

Nifrətmi?!Yoxsa kinmi sənə duyduğum.Hansı cümlə ilə anlada bilərəm ki sənin kimi əclafa hisslərimi.?!Sanki desəm anlıyacaq beyin varmı səndə?İnsan sınaqlara çəkilir bir ömür.Hələ mənim sınağım bitməyib.Uduzduğum sandıqlarım qazandıqlarımmış sən demə.Zamanı gələndə haqqımda dediklərini eşitdikdə bir damla gözyaşı axıtdım.Mən öyrəşmişəm sən kimi şərəfsizlərin etdiklərinə.Öyrəşmişəm çünki öyrənib bizim millət.Tanımadığı qıza “pozğun” damğası yaxmağa.Öz övladlarına tərbiyə verməyən anaların göz bəbəkləri deyil mi axmaqlıq edənlər.Sən kimisi gedib öz eqosunu doyuracaq deyə,sırf o qız safdı sənə inandı deyə,səni adam bildi deyə.Ay alçaq.Gecə yata bilirsən mi görəsən?!Tikan olub batmırmı mənə dediklərin?!Başının üstündə duran Allahdan damı qorxmadın.Öz vicdanını satacaq qədər əclafsan bilirəm.Amma heyf sən kimilər gec tanınınır.İndi hansı qıza mənə atdığın yalanları atdın hə?!Kimlərə can dedin?!Kimləri bənzətdin anana?!Elə bilirsən vecimədi sən kimilərin dedikləri?!Dünyanın ən şərəfsizi olsam belə vecimə də deyilsən.Həyatda özünə yer etmiyən birisən sadəcə.Bəlkə bunları heç vaxt oxumayacaqsan amma.Sadəcə üzünə tüpürə bilərəm.Başqa da heçnə..!Azərbaycanı siz kimilər qoruyacaq səngərdə?!Siz ki öz ölkənizin insanına yiyə çıxa bilmirsiz.Siz ki öz mundar əməllərini sütdən çıxmış ağ qaşıq kimi örtürsüz.Siz ki həyatı oyuncağa çevirmisiz.Cavab ver alçaq.!Cavab ver.!Birgün susma da cavab ver.Nə zaman haqq yiyəsi oldun həyatıma.Öz səviyyəni nə zaman aldın ayaq altına.?!Başqa qızları düşüncələrində yatağa atarkən.Sən əslində öz namusunu atdın.O heç tanımadığın qadınların qoynuna.Ki onlar oldu sizi xoruzlandıran bizim üstümüzə.Tək bir söz deyə bilərəm ki hələ az danışıram sənin haqqında.Sən onsuzda mən kimi birinin sevgisini itirərək ölmüsən.Heç zaman eşidə bilməyəcəklərinlə.Get!

Hey sən.Ey əziz “dostum”.Eyni oksigeni çəkdik ciyərlərimizə.Ki mən bundan da utanıram.Nə zaman atdın mənli xəyalları bataqlığa..?Nə zaman unutdun verdiyin sözləri.Bugün yolda üzünü çevirib gedirsən ya.Heyf sənlə kəsdiyim çörəyə.Kimə inanım səndən sonra?!İllər sonra qarşıma çıxdıqda tüküm tərpəndi mi səncə.Vecimə belə olmadın.Sən öz atanın hesabına yaşadığını sanan axmaqsan sadəcə.Bax necə əsəbiyəm ki dost dediyim insan haqqında belə danışıram.Kim bilə bilər ki məni qırdığın günləri.Get indi.Get zaman dəyişər birgün.Get birgün geri dönərsən sən də.Get yenə gələrsən.Get onsuz da gələcəksən.

Hey sən.!Sənə deyirəm.Heç tanımadığım insan.O can deyirdim ya.Bir də səmimiyyət axtarırsan ya.Heç utanmadan.İnsanları aldadırsan ya.Məni aldadırsan ya.İşi qız tutmaqdan başqa bir şey olmayan varlıq.Kaş Allah sənin yerinə bir daş yaratsaydı.Kaş dilsiz olsaydın, ya da mən kar olsaydım.Bugün yastığa başını qoyanda rahatsan mı?!.Hərşey yolundadır mı həyatında?!.Gəzdiyin qızların sayını unudarkən nə yaxşı heç tanımadığın qızın namusuna dil uzatdın.Düşünmədinmi ki o da sənin kim bir insandır.Bağışla səni insana bənzətmək də başqa cür axmaqlıq olardı.Lənət olsun.Sən kimi insanlarla məni yaşadan bu cəmiyyətə.Sən kimiləri namus anlayışına,düşüncələrinə,düşündüyü hərşeyə.Lənət olsun sən kimilərə aid hərşeyə.Eşit Allahım.!Bunları həvalə etdim sənə.Sevdiklərimi qoru  da.Uzaq tut eləsindən bizi.


... dəfə oxunub
Qiymət: 4/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0348 saniye