Sən, mən və biz
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 11:47 30 iyun 2015 tarixində əlavə olunmuşdur


Bir yağış olsaydın rəqs edərdim,
sənin damcılarınla.
Bəlkədə külək olardın nəbzimi tutardım,
sənin şiddətinlə.
Sən günəş tək parlaq ay qədər soyuq,
bəlkədə açıq səmada parlayan bir ulduzsan.
Gecələrin sükutu, gündüzlərin nifrətisən.
Sən sanki yad planetli gəlmisən qonaq
bir neçə saatlıq sətirlərimə.
Bəlkədə axtarırsan bəyaz vərəqlərdə
bir neçə səmimiyyət.
İnan artıq yoxdur qələmimdə səmimiyyət,
səmimiyyət yerinə yazır nifrət.
Yenə aylı gecə, ulduzlu səma
gətirdi buludlu gecə.
Sən bir gecəmin boşluğusan,
səndən yazmaq üçün yenə oyaq qalmalıyam.
Yenə əlimdə qələm, önümdə vərəq,
yazıram səndən birazda yorğun hisslərdən.
Qələmdə hisslərimin tərçüməçisi.
Yenə dan yeri işıqlanır səni çıxarmalıyam,
qələmimin yazdığı sətirlərdən.
Yorğun qələmim və bezgin sətirlərim,
üsyan edir gecələrə.
Yenə bu gecə sənsizliyin,
mübarizəsinə qoymalıyam son.
Səni xəyallarımdakı göylərdən endirdim
və səni əbədi məhkum etdim,
bu uzun gecələrə
və bir neçə səmimi bəyaz vərəqlərə.
Amma sən qəddarsan sanki
qladiator öldürmək üçün yaşayırsan.
Torpağı ləkələdin qəlbimin qanıyla
sən tarixin buraxılmış izi,
nifrətin ikinci adı.
Daha səndən yazmayacam,
axı mən rəssam deyiləm,
səni əbədiləşdirim. Axı mən sadəcə
Yorğun hissləri və əzgin ruhları,
bir neçə cümləyə toxuyan şairəm
Sənin üçün isə ancaq payız fəslinin
qəmli melodiyasıyam.
İndi isə getməliyəm
səni bəyaz vərəqlərdə tərk etməliyəm.
Gedən isə tənha ayaq səslərim,
güzgünün önündəki monoloqlarım
və sifət cizgilərim.
Və budur dan yeri işıqlandı,
hisslərimiz azadlığa çıxdı.
Mən sənsiz, sən mənsiz
və biz azadıq.


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0353 saniye