SƏN, MƏN VƏ GECƏ...
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 12:45 11 yanvar 2018 tarixində əlavə olunmuşdur

O gözəl gözlərinlə, 
Yaya bənzər qaşların və 
Kəskin oxa bənzər kipriklərinlə...

 

Nazik, incə dodaqların,
Azacıq batıq, şirin üzün və
Alma yanaqlarınla...

 

Danışanda həzin bir mahnı 
Sanki, sözlərin və şirin dilin,
Eləcə də həyatın özü qədər 
Möhtəşəm gülüşün...

 

Bütün bu saydıqlarımla birlikdə
Səninlə bir gecə sahildə...

 

Sus, danışma!
Sadəcə gözlərini yum və 
Təssəvvür et! 
Et ki, hər şeydən gözəl və
Özəl olan eşqimizi duyasan,
Uyuyasan qumlu sahildə 
Başın sinəm üstə...

Bu sevgi bizə 
Tanrının bir müjdəsi...
Bu sevgi bizə
Gerçəkliyin özü 
Və Ruhun kölgəsi...

 

Durma!
Gəl tut əllərimdən,
Bax sevgi dolu gözlərimə və...
Və sev məni, necə ki mən...

 

Hər şeydən, hər amaldan daha yüksək, 
Daha çox, daha ehtirasla istəyirəm,
Sevirəm səni...

 

Bu qədər bəsit...

 

Sən, mən və yaz gecəsi...

 

Hə, bir də qumlu sahil...

 

İnkar etmə,
Görürəm, 
Bilirəm məni sevdiyini.
Çünki hazırda, 
Bu misraları oxuduğun zaman
Hiss edirəm səni və...

 

Həyatın özü qədər 
Möhtəşəm gülüşünü...

 

ELŞƏN İSMAYIL
03.01.2018

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye