SƏN MƏNİ UNUDA BİLMƏYƏCƏKSƏN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:37 30 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

Qaçmaq istəsən də düşüncələrdən,

Yuxuna gələcəm, hey görəcəksən.

Silmək istəsən də xatirələrdən,

Sən məni unuda bilməyəcəksən.

 

Mən o mən deyiləm çəkəm nazını,

Çevirib borana, qışa  yazını.

Gedəcəm, sonunda yazıb yazını-

Sən məni unuda bilməyəcəksən.

 

Məni axtaranda gözün dolacaq,

Fəryadın aləmə haray salacaq.

Hər yerdə nişanəm, izim qalacaq,

Sən məni unuda bilməyəcəksən .

 

Ömrünə yağmışam leysanlar kimi,

Təəssüf edərsən peşmanlar kimi.

Vaxtında heç sandın bu saf eşqimi,

Sən məni unuda bilməyəcəksən.

 

İndi ayrılığın çıxar sən dadın,

Ucalsın göylərə ahın, fəryadın.

Saxla yaddaşında ömürlük, Qadın,

Sən məni unuda bilməyəcəksən!

 

30.09.2017


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0244 saniye