Qaçmaq istəsən də düşüncələrdən,
Məni salacaqsan yadına hərdən.
Göz yaşın düşdükcə ovcuna dən-dən.
Sən məni unuda bilməyəcəksən.
Çəkəsi deyiləm daha nazını,
Özün çevirmisən qışa yazını.
Bir gün itirəndə öz avazını,
Sən məni unuda bilməyəcəksən.
Məni axtaranda gözün dolacaq,
Fəryadın aləmə haray salacaq,
Qəlbində nişanəm-izim qalacaq,
Sən məni unuda bilməyəcəksən.
Yanından ötəcəm bir tufan kimi,
Cisminsızlayacaqxəstə cankimi,
Sirrimizdən halı asiman kimi,
Sən məni unuda bilməyəcəksən.
Söylə,ayrılığın bildinmi dadın,
Göyə ucaldımı ahın-fəryadın.?
Bir gün sərt üzünü görəndə yadın,
Sən məni unuda bilmiyəcəksən.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV