Gerçək budur,duyğular kəliməsiz,
Ürək budur,sevgisi cəriməsiz.
Sevgi budur,ürəklər məsafəsiz,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.
Aman verməz dilə gətirim sözümü,
Necə yumum acılara gözümü?
Göz ağlamır ürək ağlayır sənsiz,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.
Necə dözür acılara ürəyim,
Ürək sancır ağrayır kürəyim.
Sevgi sarayımda gəl ol gərəyim,
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.
Ürək sözüm misralara sığmayır,
Gözüm dönüb qeyrisinə baxmayır.
Bu ürəksiz hey ürəyim dağalyır
Tək bildiyim şey sən mənsiz,mən sənsiz.