Sən olacaqsan
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:15 23 dekabr 2015 tarixində əlavə olunmuşdur

**Sən olacaqsan**
Qoşma

Mən uzaq mənzilə yola düşəndə
Ağlayan,saç yolan sən olacaqsan.
Baxıb yollarıma köks ötürərək,
Xəyallara dalan sən olacaqsan.
***
Çıxmaq istəmirəm mən o yollara,
O yollar gör məni aparır hara.
Səni qucaqlayıb,sıxan qollara
Baxıb həsrət qalan sən olacaqsan.
***
Dedik,ayrılmayaq tufan da qopsa,
Ölüm ayıracaq bizi,ayırsa.
Hamı qərq olacaq,batacaq yasa,
Mənsiz mənli qalan sən olacaqsan.
***
Bu bahar ömrümə xəzantək gəldi,
Baxıb xəzəlimə qəlbim kövrəldi.
Bəlkə,ağrılarım bir az dincəldi,
Ağrıyan,qovrulan sən olacaqsan.
***
Yaşadıq arzular içində,əlbət,
Sıxdı qəlbimizi bir acı möhnət.
Mövlud ürəyini verdi əmanət,
Onu yada salan sən olacaqsan.

4.05.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0672 saniye