"Mən olaydım"
Nazlı yarım,kimi sevdin?
Kaş sevdiyin mən olaydım.
Əğyaramı yarım dedin?
Yar dediyin mən olaydım.
***
Xəzanımı yaz etmisən,
Qəm-qüssəmi az etmisən.
Dindirmişəm naz etmisən,
Naz etdiyin mən olaydım.
***
Məndən ötrü darıxmısan,
Ürəyini də sıxmısan.
Eşq yoluna tək çıxmısan,
Yol getdiyin mən olaydım.
***
Mələkmisən,pərimisən?
Sən gözəllər gözəlisən.
Deyirlər ki,söz vermisən,
Söz verdiyin mən olaydım.
****
Sən Mövludu öldürmüsən,
Bəxt ulduzun söndürmüsən.
Könlün alıb,dindirmisən,
Dindirdiyin mən olaydım.
10.06.2014.Zərdabi.Mövlud Ağamməd.