Sən oldun gizlicə könlümdən qaçan
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:36 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Sən mənim ömrümdə əvəzsiz bir an
Mən sənin ömründə xatirə qaldım
Kaş onda deyərdim yox, getmə, dayan
Eşqini qəlbimdən mən yola saldım

Sən sanki günəşdin, mən isə dəniz
İçimi isitdi bircə baxışın
Qəlbimə həkk oldu silinməz bir iz
Bu imiş ömrümə sənin naxışın

Quş idin eşqinlə göyə ucaldın
Çırpınan qanadını tuta bilmədim
Məhəbbət olmadan yaman qocaldım
Hicranın yükünü ata bilmədim

Xəyal tək hər gecə gəldin yuxuma
Gətirdi pərilər, mələklər səni
Ayrılıq nəğməsin daha, oxuma
Aparsa özüylə küləklər səni

Sən ayın tacıydın, gecəmin nuru
Qaranlıq yoluma işıqlar saçan
Çəkərək gözümə xoşbəxtlik toru
Sən oldun gizlicə könlümdən qaçan

09.05.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0358 saniye