SƏN OLMASAYDIN
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 03:42 01 iyun 2014 tarixində əlavə olunmuşdur

Bəlkədə sevməzdim bu qədər səni,

Saçımda çoxalan dən olmasaydın.

Yazmazdım bu qədər dərtli şeirlər,

Yaralı könlümdə sən olmasaydın.

 

Bir dərdə düşmüşəm, tapılmır çarə,

Sağalmır qəlbimdə açdığın yarə,

Bəlkədə olmazdım mən, bəxti qarə,

Yolumun üstündə çən olmasaydın.

 

Salmazdım qolumu qəmin boynuna,

Düşməzdim fələyin zalım oynuna,

Girməzdim kədərin soyuq qoynuna,

Ruhumda gizlənən mən olmasaydın.


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0747 saniye