Sən özündən çox razısan...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 08:59 12 mart 2016 tarixində əlavə olunmuşdur

Sən özündən çox razısan,
Ustadına bərəkallah,
Bu gedişlə mənzilinə
Tez çatarsan,İnşaallah.
***
Sənin kimi cahil,nadan,
Tez də çıxar əndəzadan.
Bərkə düşdün,çıx aradan,
Dözümün yox,vallah-billah.
***
Xeyir bilmir,şər bilmirsən,
El içində sevilmirsən.
Andın"sən öl",neç ölmürsən?
Heç olmasa,de Sən Allah.
***
Bu dünyaya gəldin insan,
Bil,nə üçün yaranmısan.
Qəzəb,nifrət qazanmısan,
Tövbə elə,Sübhanallah,
***
Mövlud,ruzin Allahımdan,
Bu günümdən,sabahımdan.
Xaliq keçər günahımdan.
Əüzbillah,əüzbillah

8.06.2014.Zərdabi Mövlud Ağamməd.    


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.039 saniye