SƏN QƏLBİMƏ KÖÇMÜŞ EV SAHİBİSƏN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:47 02 mart 2018 tarixində əlavə olunmuşdur

Kimisinə tərif,kimə qınağam,

Ömür adlı yolda çətin sınağam.

Bu dünyada beş-on günlük qonağam,

Sən qəlbimə köçmüş ev sahibisən.

 

Durnalar tək qatar qatar ötür il,

Gah endirir,gah qaldırır dinən dil.

Birdəfilik yaddaşına gətir, bil-

Sən qəlbimə köçmüş ev sahibisən.

 

Unutmaqmı? Çətin! Belə düşünmə.

Ayrılaqmı? Heç ağlına gətirmə!

Bu sevdanı, məhəbbəti bitirmə-

Sən qəlbimə köçmüş ev sahibisən.

 

Tanış gələr rast gələndə bax, izim,

Unudulmaz xatirəmiz var bizim.

Söyləyirəm pıçıltıyla, əzizim -

Sən qəlbimə köçmüş ev sahibisən .

 

 

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

01.03.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye