“Sən”- “Siz” in “Sənsizlik” ahu-naləsi
Şair Əli tərəfindən "Şeir" bolməsinə 16:49 23 yanvar 2015 tarixində əlavə olunmuşdur

alıb  qəmi,

alıb kədəri,

bax,

bu yolu  hicran yolunda gedirəm

yenə də  sənsiz…

 

***

sən yoxsan yanımda,

mən zülmət qoynunda xəyallara dalıram

gedirəm sənsiz…

***

açılan hər səhər qəmlə,

açılan hər səhər  kədərlə,

rəsminə baxıram elə  həsrətlə,

bəzəyib kəlmələr minbir bəzəklə,

bir şeir yazıram adı da

sənsiz…

***

sən, - əsən küləkdə bir həzin nəğmə,

mən, coşğun dənizdə dalğayam, bəlkə

sən, oxu nəğməni qəlbim dənizdə,

izn ver, bu dalğa 

coşsun,

çağlasın

yalnız və yalnız  tufanda  sənsiz…

 ***

gecənin bir vaxtı

mənim simsiyah  rəngə boyanmış  yuxuma gələndə

bildin mi o anda mən nələr çəkirəm...

 ***

həsrətindən hər əzaba dözən ürəyim

bildin mi sənsizlikdən günbəgün nə qədər parçalanır...

 

***

istəmirəm qəlbim  daha  artıq xəyalınla yaşaya,

həsrətinlə çırpına,

öz-özünə  döyünə  sənsiz...

 ***

istəmirəm bulud təki

dolub, dolub boşalan

göz yaşına qərq olan,

kədərli bir qəlbə möhtac ola

ürəyimi işğal edən  sənsizlik

 ***

ümidlərim

parça-parça ola,

sonra da parçaların qırıntısı yerə tökülə

onsuz da heyflənmərəm

bilərəm ki,

o parçalar yerə  səpələnsə də 

yerin üzərində birgə olacaq

o parçalar parça-parça...

 Son 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Şair Əli
Haqqında
(yazar)
Əlaqə
E-mail:
raufaga@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.045 saniye