Sən və hisslərim
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 22:48 07 mart 2014 tarixində əlavə olunmuşdur

 Yazmaq istəyirəm bu gün nəsə. Mənalı cümlələr olmasa belə, yenə də yazmaq istəyirəm. Bilmirəm, niyə bu gün qələmim başqa mövzulardan qaçıb  sənin üzərində dayanır. Həm də heç vaxt yazmağı düşünmək istəmədiyim, cəsarət edə bilmədiyim mövzuda - "sən və hisslərim". Bilirsən, hər zaman geriyə baxmadan uzaqlaşmaq istədim, düşünmək istəmədim səni və sənə qarşı hiss etdiklərimi. Başarılı olmadımmı??? Oldum. Zaman-zaman. Amma elə günlər də oldu ki, büsbütün səni düşünmək istədim. Başqa günlərdə isə vecsizliyim tutardı, boş verib keçərdim. Hərdən də bu vecsizliyimi çox ağır ödətdirərdi bəzi gecələr mənə. Bəzən gecələri belə çıxarıram həyatımdan, acı verən xatirələri   arzuolunmaz bir hədiyyə kimi bəxş etdiyi üçün yuxularıma, sanki yoxmuşlar kimi davranıram bəzən də bir sirdaşa, məni anlaya biləcək birinə ehtiyacım olur, ətrafımda heç kimsənin olmadığını görüb yenidən dostlaşıram onlarla... Beləcə keçir günlər...

 Hərdən qaçıb gəlmək istəyirəm sənə bir anlıq da olsa, gözlərində donub qalmaq üçün. Hərdən kimsəsiz bapbalaca yaralı bir quş olub düşmək istəyirəm ovuclarına sevib, əzizləyib yanında saxlaman, bir gün azadlığa buraxdığında isə səni səndən xəbərsiz izləmək, qorumaq, bir daha itirməmək üçün. Hərdən də boş verirəm bunları var gücümlə qaçıram səndən də, xatirələrdən də. Səndən nifrət etmək üçün bir nədən axtarıram keçmişdən tapa bilmirəm. Qüsursuz oynanmış bir rol kimisən sanki. Mütləq yanlışların olmuşdur amma nədənsə bir yönətmən olaraq görmək istəməmişəm bu yanlışları və nə qəribədir ki, hələ də istəmirəm...

  Yağışlı bir gün qapının zili çalır və sırılsıxlam islanmış olaraq qarşında dururam. Soyuq, yalnızlıq qoxan otaqlardan qaçaraq indi önündə dayanmışam. Bir fincan isti kofeyə, bir azcıq isti nəfəsə, bir balaca, kiçicik isti yuvaya ehtiyacım var. Qəbul edərsənmi evinə, sarılarsanmı tir-tir əsən bədənimə yoxsa heç tanımazsan bir dilənçi, səfil sanaraq qapınımı kilitləyərsən??? Bilmirəm...

    Bu gün yenə də gecəmdə qonaqsan və yuxularım yadmış kimi davranır mənə. Bir yerdə rastlamışdım "əgər gecələr yata bilmirsinizsə, bir başqasının yuxusundasınızdır demək" deyə. Görəsən, o insan sənsənmi???

 Əslində, o qədər mənasız gəlir ki, kiməsə aşiq olmaq, sevmək. Sevgi sadəcə acı çəkdirir. Qısaca bir qanunundan yola çıxaraq "sevgi əks sevgiyə" bərabərdir. Sən nə qədər və necə sevirsən sev, sonuc çox vaxt eynidir. Hüsran... Çox vaxt da  yanlış insanlarda tutulub qalırsan, sən o yanlış üçün bir dərya yaradarsan göz yaşlarından, onu düşünərsən bir başqası da səni düşünər, səni arzular və sonunda məhv olmuş üç ayrı həyat, paramparça olmuş üç ayrı qəlb qalar geriyə və beləcə də kimisi üçün bir rəvayət kimisi üçün də bir əfsanə olarsan bir gün...

 Saat olmuş 04:03... Əlimdə bir telefon, bir qulaqcıq və səslənən  lirik bir mahnı:

      ...Sol yanımda sənin eşqinlə,

         Dolanıram qoca dünyada

          Məni unutma...


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0298 saniye