Sən və mən - 2 ayaq
Zamir Erkin Agazade tərəfindən "Şeir" bolməsinə 02:34 28 noyabr 2012 tarixində əlavə olunmuşdur

Eşq özü yeriməz.

Onu ayaqda tutmaq lazımdır ki, yerisin.
Eşqə ayaq olmaq lazımdır.
İki ayaq; 
bir mən, 
bir sən -yəni biz.
Birimizin əskikliyi onu axsada bilər,
yıxılar eşqimiz.
Eşqimiz yıxılmasın deyə, 
ayrılmayaq,
uzaqlaşmayaq bir-birimizdən,
Üzülməyək, qırılmayaq..
Yaxın olaq, iki ayaq kimi,
Uzun bir ömür gedək,
yorulmayaq 
-düşməyək haldan..
Hər əngəli bir keçək,
çıxmayaq yoldan..
Yolumuz xoşbəxtlik olsun ,
və o yolu birgə addımlayaq..
sən və mən - 2 ayaq..

Zamir Erkin Agazade

... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+15=
Hesaba giriş
Müəllif

Zamir Erkin Agazade
Haqqında
Niyal Yaradıcılıq Dərnəyi başqanı; 
şair, araşdırmaçı.

http://www.zamirerkin.com/

Əlaqə
E-mail:
zamri2@hotmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0262 saniye