Sən yuxuma gələndə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 20:22 07 iyun 2020 tarixində əlavə olunmuşdur

Sən yuxuma gələndə

Təbəssüm qonur üzümə, qəmli könüllər açılır

Sən yuxuma gələndə

Ürəyimdə əl yetməyən dərin özüllər açılır

 

Sən yuxuma gələndə

Cənnətə qanad açıram və dayanmaq istəmirəm

Sən yuxuma gələndə

Ölüm gəlsə, bu röyadan heç oyanmaq istəmirəm

 

Sən yuxuma gələndə

Dolaşdığım bütün yollar çiçək açır bu şəhərdə

Sən yuxuma gələndə

Tüstüsüylə dərman olur siqaretdəki zəhər də

 

Sən yuxuma gələndə

Mənə göydən yerə qədər bir bədahət nazil olur

Sən yuxuma gələndə

Elə şükür edirəm ki, Allah səndən razı olur

 

Sən yuxuma gələndə

Xəbər et ki, ürəyimdən kini-kiri yığışdırım

Sən yuxuma gələndə

Elə et ki, bir yuxuya bütün ömrü sığışdırım

 

Sən yuxuma gələndə

İstəyirəm ki, kainat sən sevdiyin biçim olsun

Sən yuxuma gələndə

İstəyirəm sənlə olan kabuslarım da çin olsun


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0414 saniye