
Sən ilk və son nəfəsim,
Ruhum səndə əsir.
Sən qəlbimin azadlığı 
Gözlərimdəki işıqsan. 
Sən sevdiyim xəzan fəsli Ömrümün xəzanısan. 
Sən qəlbimə hüzur gətirən 
Çiskin payız yağışısan. 
Sən torpaq qoxususan 
Ruhumu dinləndirən. 
Və... 
və sən torpaqsan 
Mən insan 
Nə qədər uzaqlaşsan Sonda sənə qovuşacam...
21.11.2013 Saat:10:24