Səndən öyrəndim
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 01:25 28 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Qəlbinin atəşi - odu sönübdür,
Dağ boyda bir sevgi niyə enibdir?
Deyirsən, ürəyin daşa dönübdür,
Mən belə sevməyi səndən öyrəndim. 

Mənimsən deyirdin, bitdimi eşqin?
Sevdiyi ünvana yetdimi eşqin?
Yollarda azdımı, itdimi eşqin?
Mən belə sevməyi səndən öyrəndim 

Qəlbimin özünün vardı bir yükü,
Gəlişin eylədi bu yükü iki.
Neynirdim sənintək ortaq - şəriki?
Mən belə sevməyi səndən öyrəndim.


... dəfə oxunub
Qiymət: 9/10(986 səs)
[qiymət ver ]
Şərh yaz
6+17=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0286 saniye