Sənə bir sevgi vermişdim
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 13:16 30 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Allah mənə can veribsə
Almağa da haqqı çatar
Sənə bir sevgi vermişdim
İndi onu geri qaytar

Yox, mən Allah deyiləm ki,
Nə istədim verim, alım
Mən vermədim, sən almısan
Qaytarmağınçün yalvarım?

Heç kimə söz verməmişəm
Alım səndən verim deyə
Yox, mən onu istəmirəm
Təkrar birin sevim deyə

Sənə ağırlıq eyliyər
Ver, mən özüm daşıyacam
Heç olmasa onu qaytar
Mən yadigar saxlıyaram

Səndə çoxdu bu sevgidən
Daha çoxu layiq sənə
Meyl eyliyər özgəsinə
Ver, saxlayım sadiq sənə

İstəməzdim belə olsun
Sənin üçün yoxdu fərqi
Mənim sevgim sənə dərddi
Özüm çəkim ver bu dərdi

Sən də Allah deyilsən ki,
Onu qaytara biləsən
Bir xahişim var ki səndən
hara getsən sevgimi də
özünlə apara biləsən

 


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.021 saniye