sənə bulaşmışam
Sən An tərəfindən "Şeir" bolməsinə 22:47 26 yanvar 2015 tarixində əlavə olunmuşdur

yenə bulaşmısan üst-başıma,
paltarım səliqəsiz, çox çirkli.

masam dağınıq,
kül dolub külqabıma,
badələrim sərxoş, içkili.

bulaşmısan saçlarıma, 
heç onları daramıram.
saç-saqqal uzadıb, 
itmişəm sənsizlikdə mən, 
özümü aramıram.

bulaşmısan əllərimdəki şeir yaralarına,
qan çevrilib olur mürəkkəb ,
axır vərəqin damarlarına.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+15=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0268 saniye