Sənə,gülüm,gülzar dedim,
Demə,güllər solan imiş.
Öz eşqinə sadiq dedim,
Dediklərim yalan imiş.
***
Məcnun sevdi,Leyli sevdi,
Canım sənə fəda dedi.
Hər ikisi nakam getdi,
Dünya kimı qalan imiş?
***
Mövlud deyər,halım yaman,
Göz yaşlarım ümman-ümman.
Dünya dərdi zaman-zaman
Ürəklərə dolan imiş.
17.04.2013.Zərdabi. (Mövlud Ağamməd)