Qəribə cəmiyyətdə yaşayırıq əslində. Mənə deyirlər ki, mən həmişə cəmiyyətimizi təngid edir, mentalitetimizi bəyənmir, stereotiplərə qarşı çıxıram. Yox əslində mən o qədər də böyük tənqidçi deyiləm və bəyəndiyim məqamlar da var. Lakin, bu gün danışacağım mövzu məni uzun müddətdir narahat edir. Bizim cəmiyyətdə daima kişi hegemonluğu olub. Kişi ailə başçısı, ata, əsgər olmaqdan savayı təəssüf ki az qala tanrılaşdırılır. Kişinin cəmiyyətdə mövqeyi dnaılmazdır. Ancaq, onu ilahiləşdirmək çox yersizdir. Valideynlərin əsasəndə kişilərin daima qadınlardan oğlan övladı dünyaya gətirməsini istəməsi və ən pisi də tələb etməsi, qız uşağı olduqda boşaması, yaxud helə bətnindəcə aborta məruz qalmasından hələ danışmıram. Halbuki uşağın cinsiyyəti qadındna asılı olacaq faktor deyil. Amma bu haqqda da yazmayacağam. yazmaq istədiyim mövzu kişilərə verilən "hüquqlar"dan gedir. Son vaxtlar qızların aldadılması və hamilə buraxılaraq tərk edilməsi qloballaşıb nədənsə. Yox, bu daima olub. Ancaq, nədənsə son vaxtlar daha da çoxalıb. İndi deyəcəklər aha qız pozğundur, əxlaqsızdır, qızın ağlı hardadır. Lakin, belə deyil. Hər bir fərd özünə görə məsuliyyət daşıyır. Yox, mən əsla qızların tərəfin tutmuram. Əlbəttə, belələri də var. Ancaq, həmişə qadın günahkar deyil, kişinin könül əyləndirmək sevdası, başqasının həyatını dağıdacağına baxmayaraq öz istəklərini həyata keçirtmək kimi ambisiyaları var. Və bu ambisiyaların təməli cəmiyyət və ən əsası da valideynlərdir. Körpəlikdən oğlan uşağının qulağına "sən kişisən, sənə hər şey olar, kef elə" kimi sözlər böyüyən uşağın gələcək də bu tip adam olamayacağına heç bir təminat vermir. Əslində bu heç kimi maraqlandırmır da. Bu cəmiyyət üçün olmalı bir şeylərdir. Amma qadına heçnə olmaz. Nədənsə əxlaq sözü yalnız qadınlara şamil edilir. Görəsən nədən? Biz bu qədər qadınlarımıza dəyər verən olmuşuq? Yox əlbəttə ki yox. Sadəcə eqoizm hissi kişilərdə o qədər yüksək dərəcədə inkişaf edib ki, onlar istədiklərini özlərinə istəmədiklərini qadınlara şamil etmək səlahiyyətinə malikdirlər. Qadına işləmək olmaz, ancaq, qadın səhərdən axşama kimi ev işlərin görməli, az qala hər saat aşağıdan 9-cu 13-cü mərtəbə su daşımalıdır. Ancaq, işləməməlidir! Yoxsa işə getsə əxlaqı pozular. Elə bil əxlaqı olmayan evdə əxlaqsızlıq edə bilməz. Sadəcə unudurlar ki, istəyən hər yerdə hər zaman istədiyini edir. Qayıdaq bayaq ki söhbətə. Qıza əxlaqsız damğası vuraraq, doğulan körpəni "bic bala" adlandıraraq qadını sözün əsl mənasında əxlaqsız həyata srüdən cəmiyyətimiz var. Və bu cəmiyyətdə bu işlərlə məşğul olan kişilərimiz var. Mən kişi sözünü şərti olaraq yazıram. Kişi kişi kəlməsi o qədər ali sözdür ki onu hər kəsə şamil etmək olmaz. Mən kişiyəm, mən nə vaxt istədim kimlə istədim yatıb, bakirəyini pozaraq, hamilə buraxaraq həyatımı davam edə bilərəm. Qadınınsa başına nə gələcəyi məni maraqlandırmır. Ağlı olsaydı mənə inanmadı, məni sevməzdi. Sonda da niyə sevgiyə inanmadığndan gileynənənlər də bizim kişilərdir. Hamilə buraxılmış qadının çox az hallda sığınacağı olur. Çox nadir hallarda valideynlər bağışlayaraq qəbul edir. Çox vaxt həyatın qucağına qucağında körpəylə atılmış qadınlar çox çətin yol keçməli olur. Onlar bu yolda fahişəliyə, işçi qüvvəsinin istismarına, narkomaniyaya düçar olur. bütün bunlarda günahkar olanlarsa sakit həyat sürür. Onarın fikrincə sakit. Çünki bu dünyada heç bir şey yerdə qalmır. Həyat bumeranqdır. Etdiklərimiz gec və ya tez pzümüzə qayıdır. Sonra hər hansı bir bədbəxtlik olanda gileylənərək : Niyə axı mənim başıma belə hadisə gəldi, niyə övladımı itirdim yada niyə öxladım bu hala düşdü? kimi suallarla ətrafa və Allaha yönələn suallar cavabsız qalır. Bəzilərnin yadına etdikləri yadına düşüb peşman olanlar, bəzilərininsə nə yadına düşür, yadına düşsə də özünü günahkar bilməyənlər var. Qadınların başına min bir oyun gətirərək, özlərini safa çıxardan kişilər, "Bircə mənim anam bacım yoldaşım belə olmasın qalanlarına nə olur olsun" prinsipi ilə yaşayan kişilər var. Amma, hər bir qadının kiminsə anası, bacısı, qızı olduğunu unudurlar tez zamanda. Hər an öz doğmalarının onların yerində ola bilməsi ağıllarından belə keçmir, keçsə belə tez bir zamanda bu fikirləri özlərindən qovanlar var. Qeyri-qanuni doğulan uşaqlar da gələcək həyatının necə olacağı elə böyük sual altında qalır ki. Əfsuslar ki körpələr valideynlərinin etdikləıri səhvlərin nəticələri ilə həyat bpyu qarşı-qarşıya qalırlar.Və bu yük daima onları mürlərinin sonuna kimi izləyir.
Belə bitirəcəyəm: çalışın ki, səhvlərinin günaha çevrilməsin, çalışın ki, etdikləriniz səhvləri vaxtında düzəldə biləsiz. çünki keçən zaman geri dönmür.