Verilibdirsə mənə bax belə fürsət, sənə nə?
Yeyirəm şamu-səhər müftə kabab, ət, sənə nə?
Bilirəm, etməliyəm xalqıma xidmət, amma ki,
Edirəm nəslimə, həm özümə xidmət, sənə nə?
Söz açıb vicdanı, insanlığı soxma gözümə,
Çəkmirəm zərrə qədər abır-xəcalət, sənə nə?
Pul ilə bəlli olur insanın mənlik dəyəri,
Bu səbəbdən alıram bolluca rüşvət, sənə nə?
Sanma, Elnur, sözünü anlamayan haqqa gələr,
Deyəcəklər: "Bizə xoşdur bu cəhalət, sənə nə?"