sənə toxunanda
Sən An tərəfindən "Şeir" bolməsinə 00:22 13 sentyabr 2014 tarixində əlavə olunmuşdur

SƏNƏ TOXUNANDA
***
saçların toxunanda qollarıma,
sinirlərim yuxuya gedir.
hiss edirəm səni mən,
beynim bir qoxuya gedir.

toxunanda əllərinə elə bilirəm ki,
uçurumun kənarında bir ağacın budağından yapışmışam,
xilaskarım o incə uzun barmaqların olur.
hər dəfə özüm-özümə sual verəndə,
səsin gəlir qulağıma,
cavabım dodaqların olur.

toxunanda üzüm üzünə,
dəniz laylasını,sərinliyini,
baxanda gözlərinə,
dəryaların dərinliyini duyuram.

batıram...
özümü itirib yeni bir sən tapıram.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.025 saniye