səni basdıracam şerlərdə
Sən An tərəfindən "Şeir" bolməsinə 15:40 16 may 2014 tarixində əlavə olunmuşdur

səni basdıracam şerlərdə, sözlərdən məzar tikəcəm,

kəfənin cümlələr olacaq.

 

fikirlərimdən sənə güllər hörəcəm,

amma onlar bir gün solacaq.

 

səni basdıracam şerlərdə,

ağ vərəqlər üstünə dağıdacam saçlarını.

hərdən bir sığal çəkib, qıracam qanadlarını.

 

səni basdıracam şerlərdə, üstünü qəmlə örtəcəm,

açıq qalsa gözlərin,

toxunub qələmlə örtəcəm.

 

səni basdıracam şerlərdə,

yas tutacam uzun zaman

ölüb unudulacaqsan içimdə, hər saniyə keçən zaman.

 

 

səni basdıracam şerlərdə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0252 saniye