Bu da bir taledir, bu da bir qismət,
Sən məndən uzaqda, mən sənə həsrət.
Kədər dünyasında qurub imarət,
Səni düşünürəm!!!
Yenə də xəyalım sənin yanında,
Gözümdə canlanır baxışların da,
Soyuq bir gecənin qaranlığında
Səni düşünürəm!!!
Hələ də sevgindən usanmır ürək,
Beynimə hər saat hökm eyləyərək.
Nə imiş düşüncəm? – sual nə gərək
Səni düşünürəm!!!