Çıxıb getdin əlvida söyləmədən,
Düşündüm ki,qayıdarsan bir zaman.
Şirin xatirəndir yadigar səndən,
Bir də gülüşlərin çıxmır yadımdan.
Səni gözləyirəm,qayıt,sevgilim,
Qoyma ürəyimə kədər yol açsın.
Nə üçün susursan,danış,sevgilim?
Məhəbbət yolunda günəş nur saçsın.
Gecələr yatmıram,gözüm yollarda,
Getdiyin o gündən neçə il keçir.
Mən dözə bilmirəm bu qədər vaxtda,
Bilmirəm,səninçün necə il keçir?
Qayıt,sənsizliyə son qoyum mən də,
Gözlərim yoldadır hər saat,hər an.
Səni gözləyəcəm sən gəlməsən də,
Getdiyin yollrda olsa da boran.
14.06.1982.Dağıstan-İzberbaş.Mövlud Ağamməd.