Səni hələ də sevirəm.
cəmilə tərəfindən "Hekayə" bolməsinə 17:06 15 iyun 2014 tarixində əlavə olunmuşdur

Çox darıxmışdım o xatirələr üçün.Sənin üçün daha çox.Xatirələrin canı cəhənnəmə.Mən sənin üçün darıxmışdım can.Bilirsən mi necə çətin idi bu.Bilirsən mi səni qoyub getmək necə ağır idi mənə.Sevmək, çox sevmək ama getmək.Dilimin ucuna qədər gəldi də kəlmələr uddum yenidən.Nəfəs ala bilmirdim çünki.Sən bilmirsən.Bilə bilməzsən.Əzilmiş kəlmələr var misralarımdan qalma.Bu olmaz hisslərimi anlatmaya deyib əzdiyim kəlmələrim.Böyüdüm.Afərin mənə.Böyüdüm artıq.Nə qazandım?!Anamı itirdim bir qış axşamında.Əgər o həkim tez gəlsəydi,ona doğru iynəni vursaydı,onu sağaltmağı Allah da istəsəydi.Qalardı bəlkə də həyatda.Əgər,kaş,bəlkə..Bunlar deyilmiydi həyatımda yoluma çıxanlar.İçmisən mi deyə soruşursan.Məni sərxoş edən kimdir nədir deyə bir düşün istəyirsənsə.Burax hərşeyi.Cəsarətin varmı bu gecə durub qucaqlamağa məni.Yoxdur bilirəm.İçmişəm amma bu dəfə içki deyil içdiyim.Sənin gözyaşlarındır ki hər zərrəmdə hiss edirəm.Beynimi uyuşdurur.Unutdurmur ama bu içki.Daha da məhv edir.Son dəfə göndərdiyin videona oturub saatlarca ağladım əzizim.Sən gülürdün amma..Ammalar var bir də.Məni məhv edən.Eh, həyat!Oynadığı oyun.Ağır imiş.

-Eşidirsən?

-Yox.

-Bəs mənə cavab verən kimdir?

-Bağışlayın, xanım.Səhv düşmüsünüz.

-Haqlısan mən sevdiyim adama zəng etmişdim.Sağol! deyib bağladı telefonumu Əkbər.Sanki şillə vurdu.Yıxıldım saatlarca ağladım.Get dedim öz susqunluğumla ona.Məhv etdim.

-Daha hara qədər düşünəcəksən onu?!

-Əkbər, mən ölürəm.Mən hərgün biraz daha məhv oluram.Və o indi xoşbəxt deyil bilirəm.

-Sus, Bəhruz.Danışma daha.Al bir siqaret yandır.Məhv et içindəkiləri.Gəl bu gecə bir yerə gedək.Dağıt beynindəkiləri.Aylardır heçkəslə danışmırsan.Gedək gir bir qadının qoynuna və unut onu.Qoy o qadın silsin bədənindən onun izlərini.

-Əkbər, mən ona toxunmamışam ki.Hansı izləri?!

-Bəhruz, axı siz?!

-Hə biz.Biz olacaqdıq onunla.Heç zaman yaxınlaşdırmazdı məni özünə.

-Bəs necə?!Aylardır.

-And olsun əlinə belə toxunmamışam, Əkbər.Lənət olsun ki bir dəfə qucaqlamamışam onu.Saçları necə qoxuyur bilmirəm deyim.Ama indi o.O artıq anadır.Görəsən?!

-Burax artıq bunları.

-Mən ondan sonra sadəcə anamı qucaqlaya bildim Əkbər.Heç bir qadına toxuna bilmədim.Onu da rəsmlərində qucaqladım.Anam üçün darıxdım indi də.Niyə bütün qadınlar?!

-Boşver bunları.Ən yaxşısı gedək ananın yanına.

-Məzarlığa?Axı sən qorxurdun deyə gülümsədim.

-Axmaq mənimlə yox əlbəttəki.Tək gedəcəksən.

-Məni ona apar,Əkbər.

-Olmaz, Bəhruz.Edə bilmərəm.O evlidir artıq.Övladı var.Mən edə bilmərəm.Dur gedək anana.

Məzara yaxınlaşdım.Susurdum.Ağlamırdım da.Uzun uzun rəsminə baxdım.Sonra dizi üstə çökdüm yerə.

-Mən gəlmişəm, ana.Bağışla gecikdim.Səni son dəfə qucaqlamağa gəlmişəm.Gedirəm buralardan.Sevdiyim qadını xatırladan səni xatırladan bu şəhərdən gedirəm.

Ordaca yuxuya getmişdim.Səhər bir itin sifətimi yalamasıyla oyandım.Nə olduğunu anlamırdım.Burda necə qalmışdım axı.Hər tərəfim ağrayırdı.Və bir səs eşitdim.

-Bəhruz, qalx ayağa.

Bu səs..Bu Leylamın səsidir.

-Qalx tənbəl.Sonra bir əlin saçlarımda gəzdiyini hiss etdim.Üstüm başım torpaq idi.

-Leyla, burda nə işin var?

-Bilirəm hərşeyi.Qalx ayağa.Qalx hərşeyi danışacam sənə

Nə olduğunu anlamırdım.Burda Leyla anam və mən.Hə bir kiçik itimiz.

-Bəhruz, mən evlənmədim.Bacarmadım.Əkbər gəlib hərşeyi danışdı mənə.Toy gecəsi qaçdım.Sənə gəlsəydim qardaşlarım səni öldürər deyə qorxdum can.Bağışla, gələ bilmədim.İndi bu balacayla birgə yaşayıram.Əkbərə küsmə.Ona mən dedim hərşeyi.Ad günündə qapına qoyulan o kiçik qutudan anlarsan sandım.Anlamadın.

Neçə saat oldu bilmirəm.Yataqda saatlarca onu qucaqladım.Ora necə gəldiyimi belə xatırlamıram.İndi anlamışdım ki onu nə qədər sevirəm.Səhərə yaxınlaşırdı artıq.Qalxdım.Əynimi geyindim.Onu öpdüm və oranı tərk etdim.Xoşbəxt idim.Artıq sevdiyim qadını tapmışdım.Ama o həmişə elə qalsın istədim.Qatara mindim və Rusiyaya yollandım.Bir ay sonra ona yazdığım məktubdan cavab gəldi

-Mən səni hələ də sevirəm.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+8=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye