Sən gözəl arzu,ən gözəl duyğu
Nağıllar dünyası bir şirin yuxu
Laləli aləmsən,ətirli qoxu
Ömürümün baharı səni istərəm
Aylı gecələrin çıxaq sehrinə
Nəfəs ver ruhuma,baxım gözünə
Mən heyran olmuşam nurlu üzünə
Ömürümün baharı səni istərəm
Sən güləndə həyat gülür üzümə
Bir nəzər eylə könül közümə
Mənə baxaraq yenə gülümsə
Ömürümün baharı səni istərəm
Rüstəmdən incimə,könlüm səndədi
Bax ki,səni sevən hansı gündədi
Sən gedəndən bəri qəm üstündədi
Ömrümün baharı səni istərəm