SƏNİ İTİRİRƏM HƏR GECƏ
***
səni itirirəm hər gecə
qucaqlaşıb şərabla.
beynim dumanlı,sərxoş,
musiqilər minorda.
saatlar işləyir sərin bir bahar fəslinə,
gətirir buludları sətirlərimə.
səni itirirəm hər gecə,
qarışırsan siqaret tüstüsünə,
bir az da gəlir sənsizlik,
səninlə olan kədərlərin üstünə.
fikrin bütün günü beynimdə addımlayır,
başıma səs düşür.
mənsə belə xəyallarla yaşayıram ,
bezirəm, həyata olan həvəs düşür.
və gəlir gecələr,hər kəsdən uzaq tək qalıram,
otaqda o baş,bu baş gəzib,
yalquzaq tək qalıram.
məst olaraq şərabdan,
sənə yazdığım şerlərdən,məktublardan,
səni itirirəm hər gecə.