Səni məndən kim ayırdı...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:51 06 fevral 2015 tarixində əlavə olunmuşdur

Səni məndən kim ayırdı

Ay bivəfa,söylə görüm,
Səni məndən kim ayırdı?
Yolunda can qoyduğum yar,
Səni məndən kim ayırdı?
***
Qarğışım çox günahkara,
Mən olmuşam bəxtiqara.
Eşqin yolu döndü hara?
Səni məndən kim ayırdı?
***
Ağlamaqdır indi peşəm,
Yaman yerdə ilişmişəm.
Axı kimə nə etmişəm,
Səni məndən kim ayırdı?
***
Baş tutmadı söhbətimiz,
Yox arada hörmətimiz,
Əcəl oldu qismətimiz-
Səni məndən kim ayırdı?
***
Mövlud,sıxır məni hicran,
Yox dərdimə dava-dərman.
Dad əlindən fələk,aman,
Səni məndən kim ayırdı?

15.02.1984.Zərdabi.(Möövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0391 saniye