SƏNİ NAĞILLARA APARACAĞAM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:11 31 yanvar 2019 tarixində əlavə olunmuşdur

SƏNİ NAĞILLARA APARACAĞAM

 

Elə zənn etmə ki yanımda yoxsan,

Könlümdə yerin var, diqqətlə baxsan.

Günlərin birində qarşıma çıxsan -

Səni nağıllara aparacağam!

 

Qəlbimdən siləcəm kədəri-qəmi,

Tapdayıb əzəcəm kəsiri-kəmi.

Bələdçim olacaq “Yanıq Kərəmi” -

Səni nağıllara aparacağam!

 

Üzümüz güləcək vüsal çağında,

Deyib-güləcəyik “eşqin bağında”.

Tutub əllərindən ay işığında -

Səni nağıllara aparacağam!

 

Qədəm qoyan kimi əsl həyata,

Ömrümüz dönəcək toya-büsata.

Şeirimlə başını hey qata-qata -

Səni nağıllara aparacağam!

 

Sənsən bu dünyada yoxum, varım da,

Bir nazlı-qəmzəli, şıltaq yarım da...,

Qayıdıb gəlməsən... yuxularımda -

Səni nağıllara aparacağam!..

 

YAZILMA TARIXI : 31.01.2019

SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye