Səni səndən başqa kim anlayar?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 15:40 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Dəfələrlə hiss etdiyim bir şeyin bu günlərdə mənim düşündüyüm kimi olduğunu dəqiqliklə anladım. Hamımızın ailəsi var və ailəmizi sevirik. Lakin mövcud bir durum hakimdir, heç kimsə səni özün qədər anlamağa müvəffəq deyil. Sən öz vicdanınla üzləşirsən, səhvini və düzünü dilə gətirməsən belə daxilində necə olmasından əminsən. Ən yaxın bildiklərimiz, hətta ailəmiz belə bəzən bizi anlamır, daxilimizdəkiləri sezə bilmir, qopan fırtınanın səsini eşitmir. Onların işi sadəcə səni yargılamaqdır, səhvlərini təkrar-təkrar sənə söyləməkdir, yerli-yersiz zamanında etdiklərini "başına vurmaqdır".

Bəs səni kim anlayacaq? Kim sənə mənəvi dayaq olacaq? Səni səhvlərinlə, xətalarınla kim sahiblənəcək?

Yaşanan olaylar həyatın bir hissəsidir, buna görə səni bu qədər sıxmağa kimin haqqı var? Nədən yıxılanın əlindən tutub qaldırmağı onu acılamaqla, səhvini başına çırpmaqla edir yaxınlarımız? Bəyəm düşünmürlər ki, bu sözlərlə onu daha da ruhdan salıb, yaşamaq eşqini boğub öldürürlər? Yaşam yanlış və doğrulardan ibarətdir, hər iki qavram da insanoğlu üçündür.

Allah insanları bağışlayıb doğru yola yönəldirsə, bəndələr özünü onu Yaradandan üstün bilir? İnsanlarda önyargı niyə belə güclüdür? Bəyən çətinliyə düşməyi insan özü bilə-bilə seçir? Bu suallara cavab tapa bilmirəm cəmiyyətimizin psixologiyasinda. Yıxılana bir balta da sən vur deyə bağırmaq gəlir içimdən....

Nə ailə, nə yaxınlarımız bizi olduğumuz kimi qəbul edir. Sevmək, yanında olmaq məhz səhvi ilə sənə sahib çıxandır, yargılamağa hər kəs hazırdır, bəs yanında olmağa, sənə əl uzadıb ayağa qaldırmağa, səni yenidən həyata qaytarmağa, sənin xoşbəxtliyinə çalışmağa? Olan mövcuddursa onu "sənin yaxşılığını istəyirəm" başlığı altında mənən səni əzməsi mənim nəzərimdə yaxşılıq deyil, olanı qaytarmaq mümkünsüzdür, bunu bilə-bilə eyni şeyləri təkrarlamaq sənin mənəviyyatını zorlamaqdır, ona təcavüz etməkdir.

Önünə baxmaq, sadəcə yaşananlardan dərs almaqla həyatını daha sağlam şəkildə davam etmək gərəkir. Çünki sən ayaqlarının üzərində ayaqda durmaq üçün buna məcbursan. Səni səndən başqa kimsə xilas etməyəcək....

Yeni həyata yeni ümidlərlə...

 

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0263 saniye