səni sənsiz yaşamaq..
bilirsən necədir?
günəşi aya qatmaq kimidir,
gecələr içib,
səhərlər günortaya qədər yatmaq kimidir.
saatımda ağır bir kədər var,
zaman dayanıb,yüklənmişəm.
səni sənsiz yaşamaq,
o ağır yükü çiyinlərdə daşımaq kimidir.
gözlərimi qaralar basır,
bədənimi yaralar basır.
ağrıyıram,sızlayıram.
səni sənsiz yaşamaq
o yaranı didib qan çıxartmaq kimidir.