Səni sevirəm
Tural Sahab tərəfindən "Digər yazılar" bolməsinə 22:03 12 aprel 2014 tarixində əlavə olunmuşdur

Səni sevirəm, bir gülün baharı, bir baharın Tanrıyı sevdiyi qədər.

Bu aralar, heç nə etmək istəmirəm

Sevdiyim kitabları oxumur, yazı yazmıram, səni düşünürəm, məni düşünməni, məni sevməni düşünüb, sevilməyin gözəlliyini bir lam əliflə mənə göndərən Tanrıya həmdü- sənalar edirəm.

Sevgi nədir, sualına verilən bütün cavabların yanlış olduğunu anladığım gün, bildim sevginin nə olduğunu və əslində bu sualın belə verilməsi gərəkdiyini ; Sevgi nə deyil ki?

Sevgi “ Kün fə yəkün” dəki sirr, ilk yaradılanla son yaradılan arasında olan qısa vəya uzun yoldu, daha doğrusu o yolda gizlənmişdir.

Bir qadın qəlbinə yolun dualardan keçdiyini, bir kişi əlinin, ancaq qadın saçları toxunarsa yumşala, sevgi qoxa biləcəyini öyrəndiyim gün, başladım səni sevməyə. Dünyanın bütün sözlərini susdurub, susqunluğumla bağırmaq istəyirəm indi səni sevirəm deyə!

Nə gözəl üzlər görmüşdüm, təbəssümün qorxduğu. Nə gözəllər tanımışdım iffətini qoruya bilməyən, gözəlliyindən vurulan, əmanətə xəyanət etdiyi üçün yalnız başına ölməyə məhkum olunan. Və o zaman anlamışdım sevginin bu dünyaya aid olmadığını, mələklərin qəlbində yer üzünə endirildiyini.

Sevgi gözəllikdi, iffətdi, əxlaqdı. Və şərəfi ilə yaşaya bilməkdi. Və sevgi, əslində Elə Tanrının özü idi. Tanrının məni yaratdığı, məni ruhu ilə var etdiyi, özünə aşiq etdiyi gün sevmişdim onun mənə əmanəti olaraq səni.

Nə qədər acılar çəkdim, sənə layiq ola bilmək üçün. Yandım, yandım  ümidsiz dualardan, ümidli sevinclərə yanqınlarla gəldim. Səni sevə bilmək üçün.

Sevgi bü dünyanın qədəri, alın yazısıdır, ancaq alın yazısına inanmayan bir dünyada yaşayırıq. Alnına yazılan gözəlliyi görməyəcək qədər kor bir dünyada.

Səni sevirəm ölümlü bir dünyada ölümsüz ola bilmək üçün. Bu dünya sən olmasan, sevgin olmasa, o gülən gözlərin olmasa, o gözləri yaradan Tanrı olmasa mənasızlaşardı. Quru bir yarpaq baharda nə qədər anlamlı isə, mən də sənsizlikdə o qədər anlamlı ola bilərəm.

Sevilmək, yağmura həsrət qalan çöllərin, yağmur duasının qəbul olunması kimi sevinclidir. Bir kişinin xöşbəxt olacağı cənnəti, fırtınalardan sığınacağı limanıdır qadın qəlbi. Nə qədər güclü, başarılı olsa da bir qadının ürəyində adından tək hərf belə olmayan bir kişi əslində bir heç olduğunu yaxşı bilir. Onun üçündür yazılan bu qədər şeirlər, bəstələr. Məcnunlar, Kərəmlər, Qəriblər bunun üçündür.

Mənim varlığım səninlə tamamlandı, çoxdan dünyaya gələn, böyüyən bədənim sənin sevginlə ruhuna, tamlığına qovuşdu. Sən sevməsəydin, mən ola bilməyəcəkdim heç vaxt. İnanmayacaqdım var olduğuma, insan doğulduğuma. Sevginlə, sevməyinlə sübut etdin mənim varlığımı, doğrulandın var olduğumu.

Səni sevirəm bir qar dənəsinin qışı, qışın isə Tanrını sevdiyi qədər.

 


... dəfə oxunub
Qiymət: 4/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0229 saniye