sənin addım səslərindən tanıyıram,
həmin o dəhliz,
mənsə otağımda səssiz.
musiqilərim köklənib minora,
silkələyirlər məni,
ora,bura.
və sən gəlirsən,
addım səslərin mənim üçün bir musiqidir.
mən çıxıram o dəhlizə,
salamlaşıram səninlə,
bu mənim üçün sevgidir.
sənin səsindən ürək döyüntülərim gəlir,
titrəyirəm əsirəm mən,
sənin gəlişinlə həbs olunub,
öz düşüncələrimdə əsirəm mən.
çıxa bilmirəm kənara,
mənim hər bir çıxıntılarım,hıçqırıqlarım sənsən.
sənin addım səslərin,
otağımda çat verib,
beynimin səhifələrinə qalın bir qat verib.
sənsizliyi vərəqləyə bilmirəm.
sənin addım səslərin,
mən onları dinləyirəm.